Mobil versiya
Misirdə Salah narahatlığı böyüyür – “Ondan istifadə edirlər”
Tarix: 25-06-2018 | Saat: 16:48
Bölmə:Karusel / İdman | çapa göndər

Misirdə Salah narahatlığı böyüyür – “Ondan istifadə edirlər”


Misir Futbol Federasiyası rəhbərliyi ilə millinin hücumçusu Məhəmməd Salah arasında yaranmış gərginlik ölkədə narahatlıq doğurub.

Qol.az-ın xəbərinə görə, bir necə gün əvvəl onun millidən imtina etmək istəməsinə dair xəbərlər yayılıb. Bildirilib ki, federasiya rəhbərliyi ilə aralarındakı münaqişə səbəbindən o, qrupda Səudiyyə Ərəbistanına qarşı keçiriləcək son matçda iştirakdan imtina edib. İddia edilir ki, Salah komandanın yerləşdiyi otelə iş adamları, artist və şou-biznes ulduzlarının gətirilməsindən narazı qalıb. Salahın fikrincə, onların otelə gələrək futbolçularla görüşünə şərait yaradılması komandanın oyunlara lazımi səviyyədə hazırlaşmasına mane olub.

CNN-in yaydığı xəbərə görə isə bugünlərdə prezident Ramzan Kadırovun futbolçuya Çeçenistanın fəxri vətəndaşı adı verməsi və bununla bağlı keçirilən mərasimdən sonra Salah narahat olmağa başlayıb. “Məhəmməd hesab edir ki, ondan siyasi məqsədlər üçün istifadə ediblər. O düşünür ki, bu hadisə onun imicinə zərər vurur” – deyə CNN bildirib.

Futbolçunun adı ətrafında bu olaylar Misirdə narazılıq yaradıb.

Misirin idman icmalçısı Haled Baumi ölkə futbol federasiyası rəhbərliyini tənqid edərək Tvitterdə yazıb: “Bizim futbolsuz sistemimiz uğursuzdur. Çünki biz peşəkarlığın nə olduğunu bilmirik. Misirə uğur lazımdır. Bəzilərinə ətrafında Salah kimi ulduzları görmək ağır gəlir. Məhəmmədi dəstəkləyirəm”.

Misirli siyasətçi və yazıçı Abxişek Sinqxvi isə məsələ ilə bağlı Tvitterdə yazıb: “Təəssüf ki, Salah millidən getmək istəyir. Çünki onu siyasi simvol kimi istifadə etmək istəyirlər. Belə insanlar ölkənin milli qüruru iki barışmalı, ölkədə gənclərə yaxşı nümunə olması faktını qəbul etməlidirlər”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024