Mobil versiya
Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi
Tarix: 25-06-2018 | Saat: 16:36
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi


Ana Vətən Partiyasının sədri, deputati Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.



aia.az xəbər verir ki, təbrikdə deyilir:

“Çox hörmətli Rəcəb Tayyib Ərdoğan!



“Sizi yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Seçkilərin gedişi və nəticəsi göstərdi ki, Sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, ötüb keçən 15 il zaman kəsiyində olduğu kimi, bundan sonra da Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.



Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində Siz cox önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində də Zati-aliləri Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə birlikdə olacaqsınız.



Bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm!”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024