Mobil versiya
Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI
Tarix: 25-06-2018 | Saat: 11:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI



Sabah - iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçiriləcək. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.

Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsal olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilir.


Modern.az-ın əldə etdiyi məlumata görə, paradda ilk dəfə olaraq bir neçə yeni hərbi texnika nümayiş olunacaq.


Bunlaş aşağıdakılardır:


1. “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi;

2. BTR-82A;

3. “Dana”;

4. “SandCat” bazasında “Spike-ER” raketləri;

5. “Polonez” artilleriya sistemi;

6. “İdırım” ZRK;

7. “Spear Mk.2” minaatanı və s.


Qeyd edək ki, müstəqil Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024