Mobil versiya
Rayonlara avtobusla gedənlərə şad xəbər
Tarix: 22-06-2018, 10:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rayonlara avtobusla gedənlərə şad xəbər


"Hazırda şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və on-line bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova açıqlamasında deyib ki, sərnişin on-line rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər.

"Sərnişinlərin on-line rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması "Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) "Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb”.

Onun sözlərinə görə, bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə on-line bilet satışı mümkün olacaq.



aia.az



5235 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031