Mobil versiya
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub
Tarix: 21-06-2018 | Saat: 16:54
Bölmə:Təhsil | çapa göndər

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub




Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.



Modern.az xəbər verir ki, qonaqlarla görüşən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib. Universitetin nəzdində Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini bildirən rektor, eyni zamanda, uzun illərdir ki, Çin dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssis hazırlandığını diqqətə çatdırıb.



Professor Gang Tian Çin və Azərbaycan arasındakı uğurlu əməkdaşlıqdan, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilən işlərin əhəmiyyətindən bəhs edib. Prorektor G.Tian ötən ay 120 illik yubileyi qeyd olunan Pekin Universitetinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.





Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə müəllim-tələbə mübadiləsi, hər iki universitetin doktorantlarının elmi tədqiqata cəlb olunmaları, birgə yay məktəblərinin təşkili kimi məsələlərin əks olunduğu əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq oldə olunub.





Nümayəndə heyəti görüş çərçivəsində BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda, Nanoaraşdırmalar laboratoriyasında, Təkamül təlimi muzeyində və digər elmi-tədqiqat mərkəzlərində olublar.



Qeyd edək ki, görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova və Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov iştirak edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024