Mobil versiya
Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi
Tarix: 21-06-2018, 12:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi


Qarşıdan gələn bazar günü türkiyəli seçicilər seçki məntəqələrinə üz tutacaq. İyunun 24-də həm Türkiyə parlamenti, həm də Türkiyə prezidenti seçkiləri keçiriləck. 2002-ci ildən iqtidarda olan Rəcəb Tayyip Ərdoğan və AKP partiyası üçün yeni seçkilər ən çətin sınaq olacaq.



Belə ki, iqtisadiyyatdakı problemlər və s. səbəblərdən seçkilərin nəticəsini əminliklə proqnozlaşdırmaq çətinləşib.

Rəy sorğuları Ərdoğanın və onun partiyasının rəqibləri qarşısında cüzi üstünlüyünü göstərir. Amma bu fərqin seçkilərə qədər hər an dəyişə biləcəyi də realdır.



Unutmayaq ki, 2017-ci ildə Türkiyənin prezident respublikasına çevrilməsi üçün keçirilən referendumda o çox cüzi fərqlə seçicilərdən “hə” cavabı almışdı. Həmin referendum səslərin saxtalaşdırılması, inzibati müdaxilə və s. kimi ölkə seçkilərinə xas olmayan ittihamlarla zəngin idi.



24 iyun seçkilərinin əsas intriqası Ərdoğanın elə 1-ci turda qələbə qazanıb-qazanmaması və “Ədalət və İnkişad Partiyası”nın Türkiyə Böyük Millət Məclisində çoxluğu saxlaya bilməsi ilə bağlıdır. Əgər prezidentliyə namizədlərdən heç biri 50% səs toplaya bilməsə, ikinci tur seçkiləri iyulun 8-nə planlaşdırılıb.



Əksər Türkiyə və Qərb ekspertləri Türkiyədəki prezident və parlament seçmkilərinin əsas 5 ssenarisini tərtib edib. Bu mümklün ssenarilərinə hər biri ölkə üçün çox taleyüklü olacaq.



Birinci ssenari – Ərdoğan ilk turda inamlı qələbə qazanır, AKP partiyası isə parlamentdəki mütləq çoxluğu əlində saxlayır. Aprel ayında növbədənkənar seçkilər elan edən zaman Ərdoğan ölkə müxalifətini çətin duruma salmaq arzusunda idi və hadisələrin məhz birinci ssenari əsasında inkişaf edəcəyinə ümid edirdi. Lakin reallıq ondadır ki, Türkiyə iqtisadiyyatı ləngiyir və müxalifət liderləri elektoratlarını yavaşa-yavaş genişləndirirlər.



Eksepertlər əsas ehtimal kimi ikinci ssenarini önə sürüblər. Bu ssenariyə görə, Ərdoğan gözlənildiyi kimi rəqiblərindən çox səs toplasa da, 50%-lik baryeri aşa bilmir və seçkilər ikinci tura qalır. Bu turda isə onun əsas rəqibi seçki kampaniyasını uğurla həyata keçirən Muharrem İncə, onun prezidentlik kürsüsü uğrunda əsas rəqibi olur. İkinci turda da, qələbə şansı opponentrindən çox olan Ərdoğan istənilən halda, arzuolunmaz sürprizlərlə üzləşə bilər. Onlar arasında parlament seçkilərində deputata kürsülərinin azalması ola bilər.



Üçüncü ssenarini Ərdoğanın “Pirr qələbəsi” də adlandırmaq olar. Ərdoğan prezident olur amma Böyük Millət Məclisində AKP çoxluğu itirir. Bu halda, Türkiyəni uzun illər davam edəcək qeyri-stabil siyasi situasiya gözləyir. Bu ssenari problemlərdən əziyyət çəkən ölkə iqtisadiyyatı üçün də yaxşı heç nə vəd etmir. Bu zaman artıq yeni seçkilərin keçirilməsi də vaxt məsələsi olacaq.



CHP-nin digər 4 müxalifət partiyası ilə təşkil etdiyi müxalifət blokuna daxil olmayan HDP-nin də seçkilərdə oynayacağı rol vacibdir. Partiyanın namizədi Səlahəddin Dəmirtaş həbsxana olmasına baxmayaraq, seçki təbliğatını aparmaqda davam edir.



2015-ci ilin iyulunda AKP parlamentdə çoxluğu itirmişdi. Həmin vaxt Ərdoğan yeni seçkilər təyin etməklə problemi aradan qaldırmışdı.



Dördüncü ssenari Məhərrəm İncənin seçkilərin ikinci turunda qələbəsi və müxalifətin parlamentdə zəfər qazanması ilə nəticələnir. Bu etimalın doğrulması real görünməsə də, sürprizlər nəticələrdən heç kim sığortalanmayıb. Dördüncü ssenarinin gerçəkləşməsi Ərdoğan epoxasının sonu deməkdir. İncənin qələbəsi ölkədaxili qüvvələr nisbətinin dəyişməsinə və son illər pisləşən xətlə gedən Türkiyə-Qərb münasibətlərində yeni üfüqlərin yaranmasına səbəb olacaq.



Beşinci ssenari isə kompromis xarakteri daşıyır və prezident seçkilərində müxaliftəin, parlament seçkilərində isə iqtidarın qələbəsini nəzərdə tutur. Amma bu ssenari yuxarıdakı ssenarilərdən fərqli olaraq. Türkiyəni tam xaos və anarxiya vəziyyətinə sala bilər və arzulanan deyil.



Rəcəb Tayyip Ərdoğan iqtidarı ölkə həyatının demokratikləşməsi və iqtisadi inkişaf sütununun üzərində dayanır. Cəmiyyətin demokratikləşməsi məsələsi ilə bağölı Qərblə Ankara arasında ciddi fikir ayrılıqları var. Avropada Ərdoğanın ölkəni get-gedə daha sərt əllə idarə etdiyini düşünür. Onlar müxalifətə qarşı təzyiqlər və sərbəst toplaşma azadlığının sıxışdırıldığını düşünür.



Hazırki prezident və parlament çoxluğunu ayaqda saxlayan ikinci faktor – iqtisadi inkişaf da sual doğurur. Bütün çətinliklərə baxmayaraq, Ərdoğan hakimiyyəti önəmli infrastrukur layihələrini uğurla həyata keçirir. Belə ki, oktyabr ayında İstanbulda ildə 90 milyon sərnişinə xidmət göstərəcək 3-cü aeroportun açılışı olacaq.



Paralel olaraq, Mərmərə və Qara dənizi Bosfor boğazı ilə birləşdirən yeni kanalın çəkiliş də yekunlaşmaq üzrədir.

Amma medalın digər tərəfində reallaşmamış vədlər də var. Belə ki, gənclər arasında işsizlik hələ də yüksək səviyyədədir. Türk lirəsi artıq neçə aydır ki, dolar və avroya qarşı ucuzlaşır. Son 5 ildə lirə qarşı 60%, avroya qarşı isə 50% dəyər itirib.



Ölkə vətəndaşları pul ehtiyatlarını avro və dollarda saxlamağa üstünlük verir. İqtidarın çağırışları da bu amili dəyişə bilməyib.



Türikiyə iqtisadiyyatına investisiyalar da azalaraq 2009-cu ilin səviyyəsinə düşüb. Ölkədən pul çıxarışları artıb. Təkcə 2017-ci ildə Türkiyəni 6 min milyonçu tərk edib. Bu göstəriciyə görə, Türkiyə Hindistan və Çindən sonra üçüncü pilləyə çatıb.



Bütün müsbət və mənfi faktorların cəmi Türikiyədə qarşıdan gələn prezident və parlament seçkilərininin nəticələrini qeyri-müəyyən edir.

aia.az



5222 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930