Mobil versiya
‘’ DOSTLUQ –V “ MMC PILOT LAYİHƏNİ UĞURLA HƏYATA KEÇİRİR.
Tarix: 21-06-2018 | Saat: 11:25
Bölmə:Manşet / Seçilənlər-2 | çapa göndər



Son illər ölkəmizdə aparılan müasir dizayna malik çoxmənzilli yaşayış binalarının inşası əhalinin yeni mənzillərlə təmin edilməsi məqsədini daşıyır.

Dövlət başçımız cənab İlham Əliyevin Pilot layihə adı altında imzaladığı sərəncamlardan irəli gələrək Respublikamızın bir sıra yerlərində olduğu kimi, paytaxt Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “ DOSTLUQ-V “ MMC tikinti Şirkəti özündə qabaqcıl əmək təcrübəsini birləşdirməklə həmçinin dünyanın qabaqcıl ölkələrində inşaat işləri üzrə əmək təcrübəsi keçmiş Mühəndis-texniki personalın rəhbərliyi altında Tikinti norma qaydalarının yüksək səviyyədə tətbiqi ilə yeni yaşayış binalarınıi tikməkdədir.Bunlardan biri də Metronun Nərimanov stansiyası yaxınlığında Faiq Yusifov küçəsi164 ünvanında hələ Sovetlər birliyində tikilib istifadəyə verilən, lakin istismar müddətini artıq çoxdan başa vurmuş Lenin, Stalin, Xruşov tipli binaların sökülüb yenisi ilə əvəz olunması layihəsidir ki, bu nöqteyi- nəzərdən də tikinti sektorunun inkişafı ilə əlaqədar işsizlik səviyyəsinə çox böyük əhəmiyyətli dərəcədə təsir etməklə , Tikinti işlərinə çoxsaylı işçi qüvvəsinin cəlb edilməsi əhalinin bütün təbəqəsini sevindirir. Və bu da heç şübhəsiz ki,Müstəqil dövlətimizin rəhbərliyinin xalqa qayğı naminə apardığı məqsədyönlü və uğurlu siyasətinin təzahürüdür. Şirkət hal hazırda 300-ə yaxın , tikinti inşa işləri üzrə müxtəlif ixtisaslı Mühəndis-texniki heyət və digər işçiləri özündə birləşdirməklə yeni iş yerlərini təşkil etməklə onların müvafiq Qanunvericiliklərdə nəzərdə tutulan Sosial sığorta ayırmaları və bütünlükdə olan vergi ödəmələrini vaxtında və düzgün şəkildə həyata keçirir.

“Dostluq- V” MMC-nin Nərimanov rayonu, Faiq Yusifov Küçəsi 164 ünvanında inşasına 2016- cı ildə başladığı, bir giriş bloklu , ümumi mənzil sayı 60 olan, 16 mərtəbəli Yaşayış binası artıq hərcür lazımi şəraitlə təchiz olunaraq cəmi 14 təqvim ayındca bütün növ kommunal xətləri də tamamlayaraq mənzilləri Kupça sənədləri də təqdim etməklə sakinlərin ixtiyarına verir.

Binaya daxil olarkən buradakı blok dəhlizində göz oxşayan müasir dövrün tələblərini özündə birləşdirən mənzərə burada sakin olacaq hər bir şəxsdə xüsusi bir zövq yaradır. Belə ki, ABŞ istehsalı olan İki lift şaxtasından ibarət qaldırıcı qurğu biri 8, digəri isə 12 nəfərlik tutuma nəzərdə tutulmaqla burada sakinlərin sahibi olacaq mənzillərə rahat şəkildə daxil olmağa imkan verir.

Nümunə üçün bu adı çəkilən binaya baxış keçirərkən bir neçə mənzildə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə həmin liftlərdən istifadə edərək 9 və 12-ci mərtəbələrdəki hazır mənzillərə daxil olduq. İlk öncə mənzillərin əsas giriş qapılarının ümumi çəkisi 240 kq olmaqla polad-dəmir təbəqəli, üzəri isə müasirtipli yüksəkodadavamlı və deformasiyaya uğramayan materialdan hazırlanmış örtüklə quraşdırılması artıq bu mənzillərin də daxilində yaradılan keyfiyyətli şəraitdən xəbər verirdi.

Və nəhayət, mənzillərə daxil olan andan bu sadalanan keyfiyyətli təmir və müasir dizaynın əyani şahidi olduq. Sakinlərin burada ilk öncə sağlam şəkildə yaşaması üçün quraşdırılmış ventilyasiyalı havalandırma sistemlərinin Şirkət tərəfindən məxsusi olaraq təşkili təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bundan başqa mənzillərdə müasir istilik sistemi kimi hesab edilən Kombi sistemləri, o cümlədən Sanitar qovşaqların, Yanğın çıxışlarının düzgün təşkili burada sakin olacaq hər bir vətəndaş üçün hesablanmışdır.

Binanın iki böyük hissədən ibarət olan Avtoqarajları , buradakı sakin olacaq vətəndaşların şəxsi avtomaşınlarının saxlanc yeri olmaqla da istifadəsinə səbəb olacaqdır.

Bundan başqa binanın hır hansı bir yarana biləcək fövqəladə vəziyyətin qısa zamandaca aradan qaldırılması məqsədilə quraşdırılmış müxtəlif diametrli yanğın su xətləri və hər yanğın söndürmə şkaflarında müasirtipli çadırmateriallı odsöndürmə şlanqları və digər odsöndürmə vasitələrinin təşkili bütünlükdə olaraq buradakı sakinlərin tam təhlükəsiz şəkildə həyat tərzinin təşkilinə hesablanmışdır.

Tərəfimizdən aparılan müşahidə və sorğu zamanı aydın oldu ki, qeyd edilən bu geniş və yaraşıqlı mənzillərdə yaşayacaq sakinlərin ekoloji cəhətdən birdaha sağlam ömür sürmələrii nəzərə alınaraq şirkət bu yaşayış binasının şaxtasında içməli suyun fasiləsiz olaraq , ələlxüsus dünya standartlarına cavab verən Müasir Filtrasiya qurğusu da təşkil etməklə suyun buradan keçirilərək bina sakinlərinin yaşadığı həmin mənzillərə birbaşa olaraq nasoslar vasitəsilə müxtəlifdiametrli polietilen borularla sanitar qovşaqlara və mətbəxlərə ötürməklə onların istifadəsinə verilir.

İnşa edilən bu yaşayış binası önündə burada böyüyəcək hər bir ailənin övladlarının da sağlam olması nəzərə alınaraq müasirtipli attraksionların və üzəri günəşin sərt isti şüalarından qorunması məqsədilə örtüklü skamyaların təşkili , bir sözlə , burada yaradılan bütün şərait şirkət rəhbərliyinin Ölkə rəhbərinin doğma xalqa qayğısı ilə vəhdətindən irəli gələrək bundan sonra da bu təqdirəlayiq işləri davam etdiməyə zəmin yaradır.

Qeyd edək ki,” Dostluq – V” MMC bu infrastruktur layihələri Paytaxt Bakının digər ünvanlarında da əhalinin mənzil şəraitinin yüksək şəkildə yaradılması məqsədilə davam etdirilir. Belə ki, qeyd edilən və videogörüntüdə də öz əksini tapan bu bina yaxınlığında şirkət artıq daha bir komfort şəraiti özündə birləşdirəcək birneçə giriş bloklu yaşayış binalarının tikintisinə başlamışdır. Yaxın gələcəkdə də bu yeni ucaldılacaq binalar buradakı sakinlərin ixtiyarına veriləcəkdir.

Biz də bir daha Media olaraq “ Dostluq – V” MMC- nin bundan sonra apardığı bütün inşa işlərində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Xəyyam Qurbanlı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024