Mobil versiya
Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi
Tarix: 14-06-2018 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi


Milli Məclisin deputatı Azər Badamov Report-un sorğusuna cavab olaraq bildirib ki, Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcək.

““Real Madrid” çempion olacaq. Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər, Bu, artıq sürpriz olar”-deyə, deputat bildirib.


Deputatın bu açıqlaması sosial şəbəkələrdə söz-söhbətə səbəb olub.


Ona görə də Modern.az-ın əməkdaşı yuxarıdakı açıqlamanın yanlışlığına aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdır.

“Ona görə də mən səhvən elə demişəm. Bildirmişəm ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdır.

“Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə demişəm ki, “Real Madrid” mənim favoritimdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024