Mobil versiya
“Müəllimə “Son zəng” çıxışını edib, yerində oturdu, elə oradaca ürəyi dayandı” – Məktəb direktoru
Tarix: 14-06-2018 | Saat: 15:41
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“Müəllimə “Son zəng” çıxışını edib, yerində oturdu, elə oradaca ürəyi dayandı” – Məktəb direktoru


“Nüşabə Ələkbərovanın sağlamlığından heç bir şikayəti olmayıb”



Bu sözləri AzEdu.az-a açıqlamasında Köhnəqala kənd orta məktəbinin direktoru Əli Məmmədrzayev deyib. Onun sözlərinə görə, “Son zəng” tədbiri zamanı dünyasını dəyişən Nüşabə Ələkbərova məktəbin ən təcrübəli müəllimlərindən biri idi:



“Nüşabə Ələkbərova 11 B sinfinin rəhbəri idi. “Son zəng” tədbirində çıxış etməsi üçün ona söz verdilər. 5 dəqiqə çıxış etdikdən sonra yerində əyləşdi. Elə oturduğu yerdə də ürəyi dayandı. Nüşabə Ələkbərovanın heç bir xəstəliyi olmayıb, bu günə qədər həkimə də getməyib. 30 ilə yaxındır ki, bizim məktəbdə müəllim kimi çalışır. Şagirdlərlə münasibəti də çox yaxşı idi”.



Qeyd edək ki, Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbirində rus dili və ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024