Mobil versiya
Polis “Son Zəng”ə hazırdır - Generaldan açıqlama
Tarix: 13-06-2018 | Saat: 13:53
Bölmə:Karusel / Ölkə | çapa göndər

Polis “Son Zəng”ə hazırdır - Generaldan açıqlama


Bakıda “Son zəng” günü orta məktəblərə polis nəzarəti gücləndiriləcək.

aia.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

O qeyd edib ki, son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bildirib.

Qeyd edək ki, bu il Azərbaycanda 83001 şagird 11-ci sinifi bitirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024