Mobil versiya
Spiker deputatlara irad tutdu: “Belə olmaz axı...”
Tarix: 12-06-2018 | Saat: 16:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Spiker deputatlara irad tutdu: “Belə olmaz axı...”


Milli Məclisin sədri Oqtay Əsədov deputatların "Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət "Təhsil haqqında” qanun qəbul olunmayıb.

"Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı.

Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”-deyə, parlamentin sədri vurğulayıb.

Qeyd edək ki, bəzi deputatlar hazırki "Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024