Mobil versiya
“Cərimələr artırılsın!” - Vitse-spiker nazirə müraciət etdi
Tarix: 12-06-2018 | Saat: 12:28
Bölmə:Gündəm | çapa göndər

“Cərimələr artırılsın!” - Vitse-spiker nazirə müraciət etdi



“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında vitse-spiker Valeh Ələsgərov deyib. V.Ələsgərov bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb.

“Su anbarına tullantı axıdanlar 6550 manat məbləğində cərimə olundu. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024