Mobil versiya
“Sən ətək altında gizlənirsən” – “Maşın” şouda qalmaqal
Tarix: 11-06-2018 | Saat: 11:51
Bölmə:Aia TV | çapa göndər

“Sən ətək altında gizlənirsən” – “Maşın” şouda qalmaqal


“Maşın” şouda növbəti dəfə iştirakçılar arasında qalmaqal yaşanıb.

Musavat.com xəbər verir ki,bu dəfə səsverməyə Hüseyn Əzizoğlu çıxıb. O, hədəfinin Pərvin Abıyeva olduğunu deyib. Bundan sonra mübahisə başlayıb.

Hüseyn Əzizoğlu aktrisa haqqında danışarkən, “P.Abıyeva saman altından Pepsi-Cola keçirir”, deyib. Bu zaman verilişdə canlı efir yenidən kəsilib və araya reklam salınıb. Bir neçe saniyə sonra yenidən canlı yayım davam edib. Buna səbəb isə Abıyevanın vaynerə “mən yox, sənin “maman”dı buradan hamını yola salan”, söyləyib. Onun sözləri isə Hüseyn Əzizoğlunu özündən çıxarıb. Lakin aktrisa müğənni Roza Zərgərlini nəzərdə tutduğunu bildirib.

Zərgərli isə "Pərvin, inşallah toyun olar, sənin də övladın doğular. Mənim 4 uşağım var. Biri bioloji, 3-ü saxladığımdır. Hüseyni balalarımdan ayırmıram. Kaş, Allah sənə də Pərvin kimi övlad qismət etsin", deyib.

Hüseyn isə ona sadə xalqın 60 qəpiklik səs göndərdiyini, Pərvinə isə dəstək olanların imkanlı şəxslər olduğunu iddia edib. Pərvin Hüseyni “sən ətək altında gizlənirsən”, deyə təhqir edib.

Qeyd edək ki, vayner şounun dünənki buraxılışında iki kişi kimi qadın tanıdığını deyib. O, əlavə edib ki, onlardan biri doğma anası, digəri Roza Zərgərlidir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024