Mobil versiya
Bakı-Şamaxı yolunda mikroavtobus aşıb - xeyli yaralı var
Tarix: 08-06-2018 | Saat: 10:07
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı-Şamaxı yolunda mikroavtobus aşıb - xeyli yaralı var


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.



aia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Faktla bağlı araşdırma aparılır.


***

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.



aia.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.



Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.


Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.



Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024