Mobil versiya
Milli Məclisin 5 deputatına vəzifə veriləcək
Tarix: 07-06-2018 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin 5 deputatına vəzifə veriləcək



Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyindən, Astan Şahverdiyev isə vəfat etdiyindən onlar Milli Məclisin komitələrindən, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibindən və parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsindən çıxarılıblar.

Yaxın vaxtlarda Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024