Mobil versiya
Millət vəkili məhkəməyə verildi
Tarix: 07-06-2018 | Saat: 14:51
Bölmə:Gündəm | çapa göndər

Millət vəkili məhkəməyə verildi


Araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli deputat Fazil Mustafanı məhkəməyə verib.

BakuPost xəbər verir ki, bu barədə R. Mirhəşimli özü məlumat verib. O bildirib ki, artıq sənədlər məhkəməyə təqdim olunub.

İlahiyyatçı onu təhqir etdiyi üçün deputata qarşı təzminat davası açdığını, bundan başqa üzr istəməsini tələb edəcəkərini deyib.

Qeyd edək ki, bir neçə gündür Fazil Mustafa ilə Rəsul Mirhəşimli arasında qalmaqal yaşanır. Belə ki, F. Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videonu paylaşaraq tənqid edib. O, Azərbaycanda islama bu cür yanaşmanın Quranda yazılanlarla heç bir əlaqəsinin olmadığını söyləyib. İlahiyyatçı Rəsul Mirhəşimli isə mətbuata açıqlamasında belə davranışın millət vəkilinə yaraşmadığını,videoda ağlayan şəxslərə qarşı münasibətinin doğru olmadığını deyib.

İlahiyyatçı F.Mustafaya kiminsə inancına münasibət bildirmək əvəzinə, seçicilərinin problemi və qanunvericilik məsələləri ilə məşğul olmağı tövsiyə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024