Mobil versiya
Sərnişin və yük daşımalarla bağlı xüsusi proqram hazırlanıb
Tarix: 07-06-2018 | Saat: 13:46
Bölmə:Gündəm | çapa göndər

Sərnişin və yük daşımalarla bağlı xüsusi proqram hazırlanıb



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlayıb .
AzVision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, proqram 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təqdim ediləcək. Nazir müavini qeyd edib ki, bu sahədə ilk növbədə təhlillər həyata keçirilib:

“Təhlillər vəziyyətin yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, proqramda yükdaşımalara icazələrin verilməsinin təkmilləşdirilməsi, yükdaşıyıcıların bu sahədə fəaliyyətə başlamasına icazələrin verilməsi, onların hazırlıq keçməsi ilə əlaqədar beynəlxalq tələbdən irəli gələn məsələlər yer alıb. Bu həm sərnişin və həm də yükdaşımaya müsbət təsir edəcək”.

E. Vəlizadə bildirib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hazırladığı proqram bir neçə ili əhatə edən uzunmüddətli layihədir. “Bütün bunlar ölkədə mövcud olan infrastrukturdan istifadə etməklə onun daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Nəqliyyatda ən müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də məqsədli iş aparılır. Bu nəqliyyat sahəsi üçün yenilikdir. Müasir texnologiyaların nəqliyyat sahəsində tətbiqi günümüzün tələbədir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024