Mobil versiya
Hərb dünyasında YENİLİK – ABŞ üçün KABUS
Tarix: 07-06-2018 | Saat: 11:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Hərb dünyasında YENİLİK – ABŞ üçün KABUS


Çin yeni pilotsuz qırıcı təyyarəsi “Tünd qılınc”ın təsvirini yayımlayıb.

Modern.az saytının ABŞ-ın nüfuzlu “Business İnsider” nəşrinə istinadən məlumatına görə, Çin bununla hərbi aviasiya sahəsində liderlik edən ABŞ-a çatmaq üzrədir.

Kral Birləşmiş Xidmətlər İnstitutunun müdafiə və təhlükəsizlik üzrə eksperti Castin Bronkun fikrincə, “Tünd qılınc” tamamilə başqa fəlsəfə ilə hazırlanıb.

Ekspert hesab edir ki, bu təyyarə səsdən sürətli uçuş üçün optimallaşdırılıb. Və uçuş zamanı maksimal şəkildə gizliliyini qoruyur.

“Bu isə Çinə ABŞ-la qarşıdurmada böyük üstünlük verə bilər” deyə bildirib.

“Business İnsider” bu təyyarəni ABŞ üçün kabus adlandırıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024