Mobil versiya
Azərbaycanlı milyarderin qardaşı: “Tatyana Fərhad Əhmədovu müsəlman şeyxlərin gözündən salmaq istəyir
Tarix: 07-06-2018 | Saat: 11:26
Bölmə:Manşet / Gündəm / Seçilənlər-4 | çapa göndər

Azərbaycanlı milyarderin qardaşı: “Tatyana Fərhad Əhmədovu müsəlman şeyxlərin gözündən salmaq istəyir


Rusiyanın Azərbaycan əsilli milyarderi Fərhad Əhmədovun adı yenidən beynəlxalq gündəmə gəlib.

“New York Times”ın məlumatına görə, ona xəyanət etmiş həyat yoldaşı Tatyana Əhmədovadan boşanan iş adamı, prosesə görə Dubayda həbs edilmiş “Luna” yaxtasını geri almaq üçün şəriət məhkəməsinə müraciət edib.

Fərhad Əhmədovun vəkillərinin işi Britaniya məhkəməsindən Dubaydakı şəriət məhkəməsinə keçirmək istəmələri milyarderin keçmiş həyat yoldaşı Tatyananı qəzəbləndirib. O, buna görə ilk dəfə jurnalistlərtə açıqlama verib.

“Görünən odur ki, Fərhad əslən Azərbaycandan olduğu üçün müsəlmandır. Amma nikah müddətində heç vaxt onu dizini yerə qoyub namaz qılan, ibadət edən görməmişəm. Məscidə isə o yalnız turist kimi daxil olub”.


Modern.az saytı məsələ ilə bağlı azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədovla əlaqə saxlayıb.


“Ailədə 3 qardaş olmuşuq. Hamımız da müsəlman qaydasında böyümüşük. Fərhad Əhmədov xaricdə yaşasa da, müsəlman olduğunu danmayıb. Düzdür, Sovet dövründə böyüyüb, təhsil alıb. Müsəlman adətlərinə görə, namaz qılıb oruc tutmasa da, dininə, xalqına bağlı adamdır. Sadəcə, keçmiş həyat yoldaşı olan Tatyana “Fərhad Əhmədov məscidə turist kimi gedib” deməklə niyyətini ortaya qoymuş olub. Güman ki, məsələnin məğzi başqadır. Çünki qardaşımın vəkillərinin işi Britaniya məhkəməsindən Dubay şəriət məhkəməsinə köçüb. Dubay da müsəlman ölkəsidir. Tatyana da Fərhad Əhmədovu müsəlman şeyxlərin gözündən salmaq üçün belə fikirlər səsləndirir. Hər halda, belə düşünürəm”.


Tatyana Əhmədova 2016-cı ildə Fərhad Əhmədovdan London məhkəməsinin qərarı ilə boşanıb. Məhkəmə boşanmaya görə Fərhad Əhmədova keçmiş həyat yoldaşına rekord məbləğdə - 453 milyon funt sterlinq ödəməli olduğu haqda qərar vermişdi. Bu isə 1,4 milyard dollar sərvətə malik iş adamının varidatının 40%-ni təşkil edir.


Tatyana Əhmədova keçmiş ərinin ona hələ ki bir qəpik də ödəmədiyini deyib.


Fərhad Əhmədov mətbuata açıqlamalarında Böyük Britaniya Məhkəməsinin qərarını kağız parçası adlandırıb və sərvətinin 40%-ni həyat yoldaşına vermək niyyətində olmadığını söyləyib.


Keçmiş cütlüyün 2 oğul övladı var.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024