Mobil versiya
Ombudsman Emin Aslanovun saxlanması haqda məlumat yaydı
Tarix: 06-06-2018 | Saat: 16:58
Bölmə:Gündəm | çapa göndər

Ombudsman Emin Aslanovun saxlanması haqda məlumat yaydı

Ombudsman Aparatının “qaynar xətti”nə hüquqşünas min .Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib.

Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.

Bu barədə Ombudsman Aparatından Modern.az-a verilən məlumatda bildirilib.

Araşdırma nəticəsində, hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

4 iyun 2018-ci ildə internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024