Mobil versiya
Dilqəmlə Şahbaza işgəncə verilməsi ilə bağlı videogörüntü Avropa Məhkəməsinə təqdim olundu
Tarix: 06-06-2018 | Saat: 10:48
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dilqəmlə Şahbaza işgəncə verilməsi ilə bağlı videogörüntü Avropa Məhkəməsinə təqdim olundu


Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı sənədlər və videogörüntü Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunub.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Avropa Məhkəməsində bununla bağlı bir sıra yeniliklər əldə edilib:

"Avropa Məhkəməsində kommunikasiya işləri davam edir.

Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların əldə edilməsinin şahidi olacağıq.

Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanıb. Avropa Məhkəməsi onların hüquqlarını tanımalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024