Mobil versiya
ATU-nun hazırlıq kursuna Skype-la qəbul aparılır
Tarix: 06-06-2018 | Saat: 10:24
Bölmə:Təhsil | çapa göndər





Yeni tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Haızrlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır.

Artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə Skype üzərindən müsahibələr aparılıb. Bu gün ATU-nun rektoru professor Gəray Gəraybəyli də prosesin təşkili ilə tanış olub, Skype-la müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, müsahibə zamanı tələbəmiz olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir: “İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir”.

Skype-la müsahibə 8-10 dəqiqə davam edir. Komissiya ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Müsahibə komissiyasının tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilkov, Xarici tələbələrlə iş üzrə dekan Orxan İsayev və fənn üzrə müəllimlər daxildir.

Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə

uyğun qaydada tələbə vizası ilə təmin olunub ATU-nun hazırlıq kursuna qatıla biləcəklər.

Qeyd edək ki, gələn ildən etibarən ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə - aprel-may və oktyabr-noyabr aylarında qəbul aparılacaq. Bu, həm əcnəbi vətəndaşların universitetimizə cəlb olunmasına imkan verəcək. Həm də dərs prosesinin təşkil olunmasına imkan verəcək.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024