Mobil versiya
“Qaçqınkom”un sədri qəbula gələnlərlə bağlı tapşırıq verdi
Tarix: 05-06-2018 | Saat: 16:11
Bölmə:Gündəm | çapa göndər

“Qaçqınkom”un sədri qəbula gələnlərlə bağlı tapşırıq verdi

İyunun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qəbul keçirib.


Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

aia.az-ın məlumatına görə, qəbulda Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak edib. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib. Qəbula gələnlər Komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət edib.

Bütün müraciətlər Komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə