Mobil versiya
Arif Rəhimzadə: “Azərbaycan dövlətini Sovet hökuməti qurdu”
Tarix: 05-06-2018 | Saat: 16:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

Arif Rəhimzadə: “Azərbaycan dövlətini Sovet hökuməti qurdu”


“Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil ki... Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında15 rayonunun kəndlərinin adının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.



“Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı... 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki.. Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə bilinir ki, söhbət nədən gedir”.


Bununla yanaşı, A.Rəhimzadə etiraf edib ki, Sovet hakimiyyəti Azərbaycan xalqına divan tutub:


"...Sovet hakimiyəti Azərbaycan xalqına divan çəkdi… Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma o dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?! Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada”Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024