Mobil versiya
İctimai Teleradioda KADR DƏYİŞİKLİKLƏRİ...
Tarix: 05-06-2018 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

İctimai Teleradioda KADR DƏYİŞİKLİKLƏRİ...


Bu saatlarda baş direktor Balakişi Qasımovun rəhbərliyilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının iclası keçirilir.


Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda baş direktora yeni müavin seçiləcəyi, eyni zamanda bir neçə departamentə yeni rəhbər təyin olunacağı bildirilir.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayevin artıq öz ərizəsilə işdən ayrıldığı bildirilir. Onun yerinə isə jurnalist Murad Hüseynov gətirilib.


Eyni zamanda, Musiqi departamentində dəyişiklik ediləcəyi bildirilir.



İctimai Teleradionun Yayım Şurasının sədri Muxtar İmanov Modern.az-a açıqlamasında medianı təmkinli olmağa çağırıb:

“Hazırda iclas gedir. Təbii ki, dəyişikliklər olacaq. Amma konkret olaraq hansı vəzifəyə kimlərin təyin olunacağını iclasdan sonra biləcəyik”.



Yayım Şurasının üzvü Azər Həsrət Modern.az-a bildirib ki, kadr dəyişikliyi gözləniləndir:


“Hər halda yeni rəhbər öz profilinə uyğun kadrlarla işləməyə üstünlük verir. Bunu da anlayışla qarşılayıram. Çünki sabah ondan nəyisə tələb edəndə, deyə bilər ki, mənim uyğun gördüyüm kadrlar seçilmədi. Ona görə də mən düşünürəm ki, Yayım Şurası baş direktorun kadr dəyişikliklərini anlayışla qarşılayacaq. Mən əminəm ki, növbəti mövsümdə İTV dinamik kütləvi informasiya vasitəsinə çevriləcək”.



Tanınmış simaların telekanala gətirilməsinə gəlincə, A.Həsrət ad çəkməsə də bunu təsdiqləyib:


“Son qərar verildikdən sonra hər kəsə bəlli olacaq. Murad Hüseynova gəldikdə, onun kimliyi barədə məlumatsızam. Əgər bizim məşhur jurnalistimizdirsə, çox əla təyinatdır”.



Qeyd edək ki, iyunun 1-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclasında Balakişi Qasımov baş direktor seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024