Mobil versiya
Tanınmış ilahiyyatçının ölkədən çıxışına qadağa qoyuldu - ŞEYXLƏ QALMAQAL
Tarix: 05-06-2018 | Saat: 11:33
Bölmə:Manşet / Gündəm | çapa göndər

Tanınmış ilahiyyatçının ölkədən çıxışına qadağa qoyuldu - ŞEYXLƏ QALMAQAL


Tanınmış ilahiyyatçı Elşad Mirinin Azərbaycandan çıxışına qadağa qoyulub.

BakuPost xəbər verir ki, bu barədə ilahiyyatçı özü məlumat verib. Səbəblərinə gəlincə, E. Miri saytımıza açıqlamasında bildirib ki, buna səbəb vergi məsələləridir. O, rəhbərlik etdiyi Media Təqib Mərkəzinin vergiləri vaxtında ödədiyini, bunun ona qarşı təzyiq vasitəsi olduğunu iddia edib:
"Vergilər Nazirliyi bank hesabımızı blokladığı üçün bankdakı pulumuzu da istifadə edə bilmirik. Qarşı tərəf bildirir ki, əgər sizin qazancınız olmayıbsa, bu pulu haradan almısınız. Lakin şirkətin qazancı olmasa, təsisçi - yəni mən ora əlavə vəsait qoyuram ki, şirkətin digər işlərinin həyata keçirilməsində problem yaranmasın. Mən bunu təzyiq vasitəsi kimi qəbul edirəm. Çünki bu, birinci dəfə deyil. Şirkət üçün kağızları belə əlavə dəyər vergisi ödəyib alırıq”.

İlahiyyatçı başına gələn bu işlərdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini və Qafqaz Müsəlanları İdarəsini ittiham edir:

"Bu günə qədər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini kitab qadağasına görə məhkəməyə verən olmayıb. Bircə Yehova şahidləri verib, onların da məhkəməsi deyəsən davam edir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə, təsəvvür edin, kitabı hələ Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə verməmişdən əvvəl qurumun ekspertiza şöbəsinin müdiri bildirmişdi ki, onsuz da kitabına icazə verilməyəcək. Hətta mənə deyilmişdi ki, kitabımın qadağasını istəyən Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədridir.

Halbuki Azərbaycanda qadağan olunan kitabın Türkiyədə, Qırğızıstanda çap olunması hələ görülməyib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024