Mobil versiya
“Bu həyəcan məni öldürəcək” - FOTO
Tarix: 02-06-2018 | Saat: 16:37
Bölmə:Aia TV | çapa göndər

“Bu həyəcan məni öldürəcək” - FOTO


Azərbaycanın əməkdar artisti Röya Ayxan Türkiyənin "Habertürk" qəzetinə müsahibə verib.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Yıldız Tilbenin mahnılarından ibarət "Yıldızlı şarkılar" albomuna daxil olmasından, gələcək planlarından söhbət açıb:

"Yıldız Tilbe ilə tanış olmağı çox istəyirəm. Ondan mahnı almağı illərdir ki, arzulayıram. İstəyirdim ki, mənim üçün mahnı yazsın. Sağ olsunlar, Polat Yağcı məni öz sənətçilərindən ayırmadı. Hər gecə mahnını yaxşı oxuyub-oxumamağım barədə düşünürəm. Bu albomda hamının əməyi və uğuru var. Aldığım təpkilərdən sonra mahnını uğurlu ifa etdiyimi anladım. Bu, məni çox xoşbəxt edir".

Röya deyir ki, onu Azərbaycanda Yıldız Tilbeyə bənzədirlər:

"Mənə Azərbaycanda "Yıldız Tilbe kimi qadınsan" deyirlər. Çünki yavaş mahnıları belə oynayaraq səsləndirirəm. Dostlarım albomdan sonra zəng vurub dedilər ki, nəhayət arzuna çatdın. Amma tam olaraq arzuma çatmamışam. Çünki ondan mənim üçün yazılan bir mahnı almamışam. Görəsən, mən oxuduğum mahnını dinləyib? Bu həyəcan məni öldürəcək".

Əməkdar artist gələcəkdə prodüser olmaq istədiyini deyib:

"40-50 yaşımda böyük bir studiyamın olmağını istəyirəm. İstedadlı gənclərə yol göstərmək, onlara prodüser kimi böyük layihələr etmək istəyirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024