Mobil versiya
Ərdoğan F-35-lərə görə ABŞ-ı ittiham etdi, Rusiyaya qahmar ÇIXDI
Tarix: 02-06-2018 | Saat: 12:09
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan F-35-lərə görə ABŞ-ı ittiham etdi, Rusiyaya qahmar ÇIXDI




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 qırıcılarının alınmasına dair ABŞ-la yaranmış problemdən danışıb.



Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan ABŞ-a mesaj verib. O deyib ki, Ağ Ev Türkiyəni başqa “qapını döyməyə” təhrik edir.



“Biz ABŞ-a strateji tərəfdaşımız deyirik. Strateji tərəfdaş kimi ABŞ bizə “başqa qapını döy” deməməlidir. Senat belə dedi, elə dedi. Bizi Senat maraqlandırmır. Mən ABŞ prezidenti ilə bu barədə danışmışam.



Nümayəndə heyətlərimiz arasında da bu barədə danışılıb. Əgər biz strateji tərəfdaşıqsa, əgər model tərəfdaşıqsa ABŞ bizə qarşı heç bir hüquqi səhv etməməlidir” – Ərdoğan bildirib



Türkiyə prezidenti daha sonra bunları vurğulayıb:



“Tramp üçün ümidli idim, hələ də ümidimi qoruyuram. Rusiyadan neft və təbii qaz alırıq. S-400 isə çox mühüm bir addımdır. Kredit və silahların təhvilində bir fərqli yanaşma ortaya qoydular. Rusiya bizə heç bir ölkənin etmədiyi imkanlar yaratdı. Birgə istehsalata başlaya bilmək imkanı tanıdılar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024