Mobil versiya
Bakıda jurnalistlərə qarşı görünməmiş XULİQANLIQ - Maşını onların üstünə sürdü
Tarix: 01-06-2018 | Saat: 16:00
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda jurnalistlərə qarşı görünməmiş XULİQANLIQ - Maşını onların üstünə sürdü

Bu gün Avropa.info saytının əməkdaşları görünməmiş xuliqanlıq hərəkəti ilə qarşılaşıblar.


Bu barədə Modern.az-a adı çəkilən saytın redaksiyasından məlumat verilib. Bildirilib ki, saat 15:00 radələrində Nərimanov rayonu Nazim Hacıyev küçəsi Əliyar Əliyev küçəsinin kəsişməsində “Chevrolet Niva” markalı maşının sürücüsü avtomobili saytın əməkdaşlarının üzərinə sürüb.

10 PN 879 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək, həmin ərazidə yol piyadanın olduğu halda maşını saxlamayıb. Avropa.info-nun əməkdaşları cəld avtomobilin qarşısından sıçrayıb kənara tullanmasaymışlar, hər iki əməkdaş avtomobilin altında qala bilərmiş.


Bu hərəkətinə görə narazılığını bildirən jurnalistlərə avtomobilin sürücüsü çox kobud şəkildə davranıb. Əvvəlcə sürücü etiraz edib ki, maşın gəlirsə, yoldan niyə çıxmırlar. Sonra dialoq bu şəkildə davam edib:


Avropa.info-nun əməkdaşı:

– Bura tənzimlənməyən piyada keçididir. Sən mütləq dayanıb, piyadaya yol verməli idin. Sən isə maşını üzərimizə sürürsən.

Sürücü:

-Burada piyada keçidi yoxdur. Görürsən, maşın gəlir, çıxın kənara. Elə etməyin ki, düşüb, başqa cür danışım.

Avropa.info-nun əməkdaşları kobudluq edən sürücünü nəzakətli danışmağa dəvət etsələr belə, o, səsini kəsməyib, xuliqanlıq hərəkətini davam etdirib.


Yol hərəkəti qaydalarından xəbəri olmayan bu kobud sürücünün sonrakı söylədikləri belə olub:

“Yaşınız çox olmasaydı, düşüb başqa cür danışardım. Rədd olun, gedin buradan. Düşüb, ağzınızı-burnunuzu dağıdaram!”.

Bu qədər xuliqanlığı öz şəxsiyyətinə yaraşdıra bilən bir sürücüyə qarşı DYP mütləq ölçü götürməli, adam haqq etdiyi cəzanı almalıdır. Belə sürücülər düşünməsin ki, avtomobilə miniblərsə, piyadaları tapdalaya bilərlər.

Avropa.info xəbər portalı bu yazı vasitəsilə DİN və DYP-nə müraciət edərək, həmin sürücünün tapılıb cəzalandırılmasını xahiş edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024