Mobil versiya
İş adamının Qusardakı evində qətl törədən tutuldu
Tarix: 01-07-2015 | Saat: 12:02
Bölmə:Gündəm / Seçilənlər-1 / Karusel | çapa göndər

İş adamının Qusardakı evində qətl törədən tutuldu

Eynulla Hacıyev Çiləgir Kənd Klubunun yaxınlığında saxlanılıb

Ötən gecə Qusar rayonunun Çiləgir kəndində tanınmış iş adamının evində qətl törədən şəxsi polis yaxalayıb. Bu barədə ans press-ə kənd sakinləri məlumat verib.

Verilən məlumata görə, Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyevi ov silahı ilə güllələyərək qətlə yetirən 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev Çiləgir Kənd Klubunun yaxınlığında saxlanılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarından isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, ötən gecə Qusar rayonunun Çiləgir kəndində tanınmış iş adamlarından birinin evində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub.
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024