Mobil versiya
Ermənistanda demoqrafik böhran: Əhali 1 ildə 13 min nəfər azalıb
Tarix: 31-05-2018 | Saat: 16:47
Bölmə:Dünya | çapa göndər

Ermənistanda demoqrafik böhran: Əhali 1 ildə 13 min nəfər azalıb


Ermənistanda 2017-ci ildə təbii doğum göstəricisi psixoloji həddən çox aşağı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və sosial məsələlər nziri Vanik Babacanyan jurnalistlərə açıqlamasında bəyan edib. Onun sözlərinə görə, Ermənistanın demoqrafik inkişaf dinamikası son 2 ildə olduqca narahatedici və əlverişsizdir.

"Ötən ildə ölkədə doğulan uşaqların sayı bir qədər də azalaraq, 37,7 min nəfər olub. Ermənistandakı daimi əhali sayında mütəmadi azalmalar davam edir. 2017-ci ildə ölkənin əhalisinin sayı daha 13,2 nəfər azalıb. Bununla belə nikah göstəriciləri də ürəkaçan deyil. Ötən ildə nikahların sayında 1000 azalma müşahidə olunub, boşalmaların sayı isə əksinə artaraq, daha 290 boşanma qeydə alınıb".

BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin icraçı nümayəndəsi Çovinar Arutyunyan isə bildirib ki, 2018-ci ildə də təbii artım göstəricilərində böyük azalma davam edib. Bu ilin ilk rübü ərzində Ermənistanda doğum sayı 300, əhalinin ümumi sayı isə 12 min nəfər azalıb.

Arutyunyanın sözlərinə görə, ölkədə təbii artım dinamikasının durmadan azalması ilə müşahidə olunan demoqrafik böhran hələ uzun illər davam edəcək. Yeni doğulanların sayı isə 2024-cü ilə qədər illik 25 min nəfərədək azalacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024