Mobil versiya
Ankaradan F-35 açıqlaması: ABŞ verməsə...
Tarix: 30-05-2018, 16:35 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Ankaradan F-35 açıqlaması: ABŞ verməsə...



Əgər ABŞ Türkiyəyə beşinci nəsil F-35 qırıcıları verməsə, Ankara bu hərbi təyyarələrə olan tələbatını başqa yerlərdən təmin edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

“F-35 məsələsi ilə bağlı mənim heç bir narahatlığım yoxdur. Çünki bu barədə ABŞ-la Türkiyə arasında imzalanan müqavilə hüquqi öhdəlikləri ehtiva edir ki, onu sadəcə bu formada ləğv etmək olmaz. Əgər bu təyyarələr bizə verilməsə, onda tələbatımızı başqa yerdən ödəyərik.” – deyə Çavuçoğlu bildiirib.

Qeyd edək ki, ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının ötən həftə təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə deyilir ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Vaşinqton onu da bəyan edib ki, S-400 sistemlərinin alınması Türkiyəyə F-35 qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

Daha sonra isə məlumat yayıldı ki, Türkiyə Amerikanın F-35-ləri əvəzinə Rusiyanın beşinci nəsil Su-57 qırıcılarını ala bilər.


aia.az



5195 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930