Mobil versiya
Göyçayda QANLI OLAY: Pomidor üstündə öldürüldü
Tarix: 30-05-2018 | Saat: 16:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Göyçayda QANLI OLAY: Pomidor üstündə öldürüldü



Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

aia.az apa-ya istinadən xəbər verir ki, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib.

Yerə yıxılan C. Məmmədov dünyasını dəyişib.

Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir.

Digər şəxslər qara rəngli "QAZ 24” markalı minik maşını ilə hadisə yerindən qaçıblar.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.

Cümşüd Məmmədov həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024