Mobil versiya
İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək
Tarix: 30-05-2018 | Saat: 10:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək


İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək.

Bunu Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məlum olduğu kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür:


“Bu məqsədlə təhlükəsizliyi təmin etmək, xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində azyaşlıların həyat və sağlamlığını qorumaq, təbliğat işini gücləndirmək, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün paytaxtın inzibati ərazisinə daxil olan küçə və prospektlərdə təbliğat xarakterli reydlərin keçirilməsi nəzərdə tutulub”.

V.Əsədov qeyd edib ki, bu tədbirdə yol polisinin kiçik yaşlı köməkçiləri də iştirak edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024