Mobil versiya
Nazirlik məşğulluq siyasətini təkmilləşdirəcək - İşçi qrup toplandı
Tarix: 29-05-2018 | Saat: 12:32
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazirlik məşğulluq siyasətini təkmilləşdirəcək - İşçi qrup toplandı




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.


Nazirlikdən aia.az-a bildirlib ki, İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məşğulluq orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin səmərəli təşkilinin, məşğulluq xidmətləri üzrə fəaliyyətin nümunəvi xidmət konsepsiyasına uyğun qurulmasının əsas hədəflərdən olduğunu qeyd edib. Nazir müavini ilk növbədə fəaliyyət zamanı qarşıya çıxan və konkret nəticələrin əldə olunmasına mane olan problemlərin müəyyən olunmasının, bu məqsədlə məşğulluq orqanları tərəfindən müvafiq təkliflərin verilməsinin vacibliyini diqqətə çatdırıb.


İşçi qrupu tərəfindən konkret istiqamətlər üzrə görüləcək işlərdən bəhs edən M.Kərimli məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub. Nazir müavini bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.


Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün İşçi qrupu tərəfindən görüləcək işləri qeyd edib. M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb.


İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, Məşğulluq Mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024