Mobil versiya
Paytaxtda ağır qəza - 3 ölü, 1 yaralı
Tarix: 03-12-2015 | Saat: 11:38
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Bu gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb, 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:18-də başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024