Mobil versiya
Kənan Qubadzadə: “Prezident bütün çıxışlarında gənclər üçün tövsiyələrini verir”
Tarix: 23-05-2018 | Saat: 09:49
Bölmə:Gündəm | çapa göndər

Kənan Qubadzadə: “Prezident bütün çıxışlarında gənclər üçün tövsiyələrini verir”


Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə Adalet.az-ın suallarını cavablandırıb.


-Kənan müəllim, hökumətin yenidən formalaşması zamanı diqqət çəkən məqamlardan biri də cənab prezident İlham Əliyev tərəfindən gənc kadrların önə çəkilməsi məsələsidir. Gənc kadrlara önəm verilməsini siz necə dəyərləndirirsiniz?

- Bu ilin aprel ayının 11-də ölkəmiz üçün çox önəmli bir tarixi hadisə baş verdi. Ölkə rəhbərimizin yenidən 7 il üçün ölkəmizə rəhbərlik edəcəyi məlum oldu. Ölkə rəhbəri Nazirlər Kabinetinin yenidən formalaşmasında gənclərə üstünlük verməsi, biz gənclərdə ruh yüksəkliyinə səbəb oldu. Belə ki, yeni və bacarıqlı kadrların müəyyən postlara təyinatı ölkəmizin inkişafından xəbər verir.


Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.


Cənab prezident bütün çıxışlarında ölkə gəncləri üçün tövsiyələrini verir. Biz vətənimizə, dövlətimizə, soy kökümüzə bağlılığımızı göstərmək üçün hər gün Cənab prezidentin mötəbər tribunalardakı çıxışlarını dərindən analiz etməliyik. Biz düşünürük gələcəkdə də bu islahatlar davamlı olacaqdır.



-Azərbaycan Respublikasında gənclər siyasəti prioritet sahələrdən biridir. Bu yöndə dövlət proqramı da həyata keçirilir. Sizcə, Azərbaycan gəncliyi onlara yaradılan şəraitdən hansı səviyyədə yararlana bilir?
- Bizim cəmiyyətimizin əsas istiqamətlərindən biri də məhz gənclər siyasətidi. Əsası ümumilli liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də ölkə rəhbərimiz tərəfindən uğurla həyata keçirilir. Dünyanın heç bir yerində Gənclər günü deyilən xüsusi bir gün yoxdu. Amma bu gün ölkəmizdə keçirilən beynəlxalq yarışlar, ölkəmizdə könüllük hərəkatının inkişafıdı. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Gənclərlə bağlı dövlət siyasətimiz də özünün mükəmməlliyi ilə seçilir. Gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının icrasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb.

Bundan əlavə, Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir.

Qanunverici orqanda Gənclər siyasəti və idman şöbəsinin yaradılması, prezident administrasiyasında Gənclər siyasəti və idman şöbəsinin yaradılması ölkəmizdə gənclərə və gənclər təskilatlarına ölkə rəhbəri tərəfindən verilən diqqət və qayğıdır. Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondu hər il 100- lərlə gənclərin öz ideyalarını, təkliflərini reallaşdırması, gəncləri daha gələcəyə inamla baxmağa sövq edir. Bu yaxınlarda cənab prezidentin gənclər fondunun publik hüquqi şəxs etdiyi də məlumdur. Azərbaycan gəncliyi tək ölkə daxilində deyil, eyni zamanda xaricdə keçirilən tədbirlərdə, festivallarda, ən ali tribunlarda iştirak edirlər. Cənab prezidentin ideya müəllifi olduğu Asan xidmət mərkəzlərində gənclərin üstünlük təşkil etməsi və ən əsası könüllük ordusunun daha sürətləndirilməsi biz gəncləri dinanmik olmağa cağırır.


-Rəhbərlik etdiyiniz təşkilat Gənclər Siyasətinin həyata keçirilməsində nə kimi rol oynayır?

- Gənclər mərkəzi ictimai birliyi 10 ildən artıq müddətdi fəaliyyət göstərir. Təşkilatımız yarandığı gündən ölkəmizdə həyata keçirilən Dövlət gənclər siyasətində yaxından iştirak edir. Təşkilatımız ölkəmizdə fəaliyyət göstərən yerli donor təşkilatlarla (gənclər və idman nazirliyi, QHT şurası, gənclər fondu və s. ) sıx əməkdaşlıq edir. Bizim təşkilat tərəfindən regionlara tez-tez səfərlər təşkil olunur. Gənclərlə maraqlı diskussiyalarımız olur. Regionda daha da ağıllı və bacarıqlı gənclərimiz heç də şəhər gənclərimizdən geri qalmırlar. Vaxtilə təşkilatımızda olan gənclər bu gün ölkəmizin inkişafında ən ali yerlərdə, vəzifələrdə çalışırlar. Biz düşünürük ki, gənclər daim inkişafda, axtarışda olmalıdırlar. İşimizin əsas prinsiplərindən birincisidir. Sonda onu da qeyd edim ki, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyinin, gənclərimizin bütün sahələrdə olan uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağının bir daha şahidi olacağıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024