Mobil versiya
Yeni qanun deputatlar arasında narazılığa səbəb oldu
Tarix: 22-05-2018 | Saat: 15:37
Bölmə:Siyasət | çapa göndər

Yeni qanun deputatlar arasında narazılığa səbəb oldu


Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı sənəddəki “ağlabatan” ifadə ilə bağlı narazılıq ediblər.
AzVision.az-ın məlumatına görə, komitənin üzvü Rafiq Məmmədhəsənov bildirib ki, bu sözü digəri ilə əvəz etmək lazımdır: “Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb. Bu, düzgün deyil”.

Deputat Aytən Mustafayeva da buna etirazını bildirib: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.

Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024