Mobil versiya
Ərdoğan ən çox ümid etdiyi qurumun adını AÇIQLADI
Tarix: 22-05-2018 | Saat: 11:32
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan ən çox ümid etdiyi qurumun adını AÇIQLADI


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının islahat probleminin inkişafına ümid edir.



aia.az “Haber Türk”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti bu problemin Baş Assambleyada müzakirəsinə ümid edir.

“Bütün dünyada "dünya beşdən böyükdür" mövzusunda daha fəal çalışmalıyıq. Bu baxımdan BMT Baş Assambleyası üçün ümid edirəm, çünki biz vurğuladığımız fikirlər diqqət çəkir” – Ərdoğan Bosnya və Hersoqavinyaya səfəri zamanı jurnalistlərə bildirib.



Bəs türkiyə prezidentinin bu təklifi nədən ibarətdir. Hazırda BMT Təhlükəsizlik Şurası 5 daimi (ABŞ, Çin, İngiltərə, Fransa və Rusiya) və 10 müvəqqəti üzvü ilə təşkil olunub. Ərdoğan isə dünyanın beş ölkə ilə yox bütün dövlətlərin birgə qərarı ilə idarə olunmasını təklif edir.

Onun fikrincə bu islahatların Baş Assambleyaya müzakirəyə çıxarılmasının ən uğurlu məqamı iyunun24-nə yəni Türkiyədə prezident seçkiləri ilə eyni vaxta olması yaxşı olar.



Türkiyə prezidenti həmçinin qeyd edib ki, daimi beşlik bu islahatlarda maraqlı deyil. Digər dövlətlər dəfələrlə bu barədə tələblər etsələr də iş konkret addımlar atmağa gələndə heç bir şey etməyirlər.



Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu islahatlar barəsində demək olar ki hər çıxışında qeydlər edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024