Mobil versiya
"Şəhid əsgərimizin qanı yerdə qalmayacaq" - Polkovnik
Tarix: 21-05-2018 | Saat: 13:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Şəhid əsgərimizin qanı yerdə qalmayacaq" - Polkovnik


Emənistanın xarici işlər naziri Zoqrab Mnaçakanyan və yeni müdafiə naziri David Tonoyanın keçən həftə Naxçıvanla sərhəd bölgəsinə səfərindən sonra düşmən tərəfi təxribata əl atıb.
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Azərbaycanın Müdafiə Nazirliyi dərhal məlumat yayaraq ən qısa zamanda şəhid əsgərin qisasının alınacağını bəyan edib.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, Ermənistan tərəfi təxribatlar törədərək vəziyyəti gərginləşdirməyə çalışır. Onun sözlərinə görə, erməni nazirlərin səfəri ərəfəsində Naxçıvan sərhədində təxribatın baş verməsi təsadüf deyil.

"Düşmən Naxçıvan ordusundan ehtiyat edir. Onlar təxribata gedərək Naxçıvandan olacaq təhlükəni göstərmək istəyirlər. Bu addımlar vəziyyətin gərginləşdirilməsinə gətirib çıxarır. Şübhə yox ki, şəhid əsgərimizin qanı yerdə qalmayacaq və onun qisası qısa zamanda alınacaq. Bundan sonra onların həmin istiqamətdə törədə biləcəkləri təxribatlara hazır olmalıyıq. Artıq Müdafiə Nazirliyi bununla bağlı göstərişlərini verib".

Ehtiyatda olan polkovnik Naxçıvan Ordusunun ən müasir silah və hərbi texnikalarla təchiz edildiyini vurğulayıb: "Naxçıvan Ordusu düşmənin istənilən təxribatının qarşısını ala bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv etmək iqtidarındadır".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024