Mobil versiya
Gömrük Kömitəsindən “qərənfil olayı” ilə bağlı AÇIQLAMA
Tarix: 19-05-2018 | Saat: 14:12
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gömrük Kömitəsindən “qərənfil olayı” ilə bağlı AÇIQLAMA


Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.



Dövlət Gömrük Komitəsindən bildirilib ki, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.



Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb.



Qeyd olunub ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024