Mobil versiya
Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi
Tarix: 19-05-2018 | Saat: 12:05
Bölmə:Karusel / İdman | çapa göndər

Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi




UEFA-ın sabiq prezidenti Mişel Platini 1998-ci il Fransada keçirilmiş futbol üzrə Dünya Çempionatının püşkatma mərhələsində "kiçik hiylə" işlətdiyini bildirib.

Modern.az-ın məlumatına görə, həmin il UEFA təşkilat komitəsində işləmiş Platini Fransanın finalda Braziliya ilə qarşılaşaraq 3-0 hesabı ilə qalib gəldiyi final matçının təsadüfi olmadığını bildirib. O, Fransanın radio kanallarının birinə verdiyi müsahibə zamanı belə deyib: “Biz oyun cədvəlini hazırlayan zaman kiçik bir hiylə işlətdik. O vaxt üçün Braziliya-Fransa finalı hər kəsin arzusu idi. Braziliya və Fransa qrupu ilk pillədə başa vurduqlarından hər iki milli komanda finala qədər qarşılaşa bilməzdi”.

Qeyd edək ki, Blatter və Platini 2015-ci ildə korrupsiyaya yol verdiyi üçün 1.3 milyon funt-sterlinq məbləğində cərimə olunub. Platiniyə 8 il müddətinə futbolla əlaqəli istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyulub. Daha sonra apellyasiya şikayəti əsasında bu cəza 4 ilə endirilib. 62 yaşlı keçmiş Platini günahsız olduğunu deyir. O, yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində ifadə verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024