Mobil versiya
"Səməd Seyidovun günahı yoxdur" - Parlamentdə müzakirə
Tarix: 18-05-2018 | Saat: 12:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Səməd Seyidovun günahı yoxdur" - Parlamentdə müzakirə


"Avropa Şurasının son qərarı Azərbaycandakı siyasi sabitliyi pozmaq və inkişafa mane olmaqdır. Onların məqsədi bundan ibarətdir. Hədəf olaraq həmkarımız Səməd Seyidov seçilib”.

Bunu deputat Fəzail İbrahimli deyib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq edilməsindən söz açan deputat bildirib ki, Avropa Şurası həmişə qarşısında məzlum insan görmək istəyir.

"Səməd Seydiov isə Avropa Şurasında ikili standartlara qarşı cavab verir”.

Deputat Sahibə Qafarova isə qeyd edib ki, bəzi təşkilatlar ölkəmizə uyğun olmayan hesabatlarla çıxış edirlər.

Daha sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan nümayəndələri həmişə Avropa Şurasında yüksək peşəkarlığı ilə seçilib: "Səməd Seyidov heç bir günahı olmadan qanunsuz olaraq cəzalandırılır. Bu Avropa Şurasına başucalığı gətimir. Bu qərarların heç biri bizim parlamentarilərin Avropa Şurasındakı fəaliyyətinə mane ola bilməz. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024