Mobil versiya
Qızını erməniyə ərə verən azərbaycanlı diaspor rəhbəri ola bilər? - Diaspor Komitəsindən AÇIQLAMA
Tarix: 16-05-2018 | Saat: 10:12
Bölmə:Manşet | çapa göndər

Qızını erməniyə ərə verən azərbaycanlı diaspor rəhbəri ola bilər? - Diaspor Komitəsindən AÇIQLAMA


Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“Azerros”) Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. A.Kərimov Azərbaycanda ona olan ictimai qınağa cavab olaraq bildirib ki, qızını erməni milliyyətindən olan şəxsə ərə verdiyinə görə peşman deyil:

“Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan Rusiyada anadan olub. Erməni dilində danışa da bilmir”.


A.Kərimov Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb.


“Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun”.


Tez-tez Azərbaycana gəldiyini gizlətməyən diaspor rəhbəri 35 ildir Rusiyada yaşayır.


Erməniylə quda olan birisinin xaricdə Azərbaycanı diaspor rəhbəri səviyyəsində təmsil etməsi birmənalı şəkildə arzuolunan deyil.



Elə bu səbəbdən də Diasporla iş üzrə Dövlət Komitəsilə əlaqə saxladıq. Komitədən Modern.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələnin Diasporla İş üzrə Dövlət Komitəsinə heç bir aidiyyatı yoxdur:

“Amma Dövlət Komitəsi belə halları nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycan dövlətinin, dövlətçiliyinin maraqlarını qorumağa və Vətənin təəssübünü çəkməyə çağırır”.


Qeyd edək ki, toydan fotolar sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğu deyilsə də, Ağadadaş Kərimov bunu inkar edir. A.Kərimov ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub. Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024