Mobil versiya
“Qaçqınkom”dakı dəyişikliklər köçkünləri ÜMİDLƏNDİRİB
Tarix: 15-05-2018 | Saat: 10:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Qaçqınkom”dakı dəyişikliklər köçkünləri ÜMİDLƏNDİRİB


Prezident İlham Əliyev aprelin 21-də və 23-də imzaladığı sərəncamlarla Nazirlər Kabinetinin tərkibində xeyli dəyişiklik baş verdi.

Dəyişikliklərdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində gerçəkləşdi, qurumun sədri Əli Həsənov bu vəzifədən kənarda qaldı.

“Dövlətqaçqınkom”un sədri postuna Milli Məclisin deputatı Rövşən Rzayev gətirildi.


Komitə daxilindən gələn məlumatalara görə, yeni sədr Rövşən Rzayevin rəhbərliyilə qurumda tamamilə başqa ab-hava hiss olunmaqdadır. Həm sədr-işçi münasibətləri, həm də məcburi köçkünlərin problemlərinin araşdırılması və həlli istiqamətində ciddi addımların atılması gözlənilir.



İllərdir zirzəmilərdə, uçuq-sökük yataqxanalarda, məktəb, bağça binlarında, yarımçıq tikililərdə yaşamağa məcbur olan köçkünlərin özləri də yeni təyinatdan çox şey gözlədiklərini deyirlər. Onlar yeni sədr Rövşən Rzayevin mayın 11-də Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarındakı ağır şəraitdə məskunlaşan köçkünlərlə görüşüb, problemlərilə şəxsən tanış olmasından sonra bu sahədə ciddi dəyişikliklər olacağına ümidlidirlər.


Rövşən Rzayevin “Dövlətqaçqınkom”da illərdir adları “qara işlər”də, rüşvət və korrupsiyada hallandırılan Mənzil istismar departametinin direktoru Akif Mirzəyevi, Repatriasiya departamentinin direktoru Elman İsmayılovu vəzifəsindən azad etməsi də çoxlarının ürəyincə olub. Komitə daxilində “təmizləmə” işlərinin davam etdiriləcəyi istisna olunmur..


Dövlət qaçqın və məcburi köçkünlərin mənzil-məşiət problemlərinin həlli məqsədilə hər il büdcədən külli miqdarda vəsait ayırır. Həmin vəsaitin heç olmasa bundan sonra təyinatı üzrə xərclənəcəyini gözləyənlər çoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024