Mobil versiya
Aprel şəhidinin məktəbli oğlu atasından yazdı: “Böyüyəndə əsgər olacam və atamın qanını yerdə qoymayacam”
Tarix: 14-05-2018, 17:57 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Aprel şəhidinin məktəbli oğlu atasından yazdı: “Böyüyəndə əsgər olacam və atamın qanını yerdə qoymayacam”


Azedu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016” Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.

Təqdim etdiyimiz “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.

Bu dəfə, Aprel döyüşlərində qəhrəmanlıq göstərən tank komandiri, gizir Rahim Tağıyevin oğlu Nihad Tağıyev atası haqqında ürək sözlərini inşa şəklində yazıb.

Nihad Tağıyev Mingəçevir şəhəri 13 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir:

“Qəhrəman atam...

Mən qəhrəman atamın - şəhid, tank komandiri Rahim Tağıyevin böyük oğlu Nihadam.

Atam aprel döyüşlərində şəhid olub. Mən atamla qürur duyuram. Çünki mənim belə qəhrəman atam var. Atam çox vətənpərvər biri idi. O, həmişə müharibədən söhbət düşəndə deyirdi ki, Şuşaya Azərbaycan bayrağını mən sancacam. Atam döyüşdə qəhrəmanlığını göstərdi və düşmənin üstünə hücum çəkdi. Və qəhrəmancasına şəhid oldu. Mən fəxr edirəm ki, mənim belə qəhrəman atam var. Mən də böyüyəndə əsgər olacam və atamın qanını yerdə qoymayacam. Atamın bizdən tək istəyi bizim oxumağımız idi və biz də onun istəyini yerinə yetirmək üçün çox çalışırıq. Biz gözümüzü açandan atamızı hərbi formada görmüşük.

Atam işə səhər tezdən gedib, axşam gəlirdi. O, yorğun olsa da,bizə bildirmir və bizi gəzməyə aparırdı.

Mən istəyirəm ki, düşmən tapdağı altında olan torpaqlarımız geri qaytarılsın və atam kimi bütün qəhrəman şəhidlərimizin qanı yerdə qalmasın.


aia.az



5209 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031