Mobil versiya
BDU “SABAH” qruplarına qəbul başlanıb
Tarix: 14-05-2018 | Saat: 15:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

BDU “SABAH” qruplarına qəbul başlanıb


Bakı Dövlət Universitetində (BDU) 2018-2019-cu tədris ili üçün “SABAH” qruplarına qəbul qaydaları ilə bağlı görüş keçirilib. Universitetin Böyük akt zalında birinci kurs tələbələri ilə keçirilən görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qrupların fəaliyyət göstərdiyini, hazırda BDU-da 600 tələbənin “SABAH” qruplarında 12 ixtisas üzrə təhsil adlıqlarını deyib. Prorektor ali təhsil müəssisələri üzrə BDU “SABAH” qruplarının məzunlarının ən yüksək nəticələr göstərdiklərini qeyd edib.

Sonra SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə “SABAH” qruplarının mahiyyəti, qəbul qaydaları və tədris prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan tələbələr iştirak edə bilərlər. O, bu il BDU “SABAH” qruplarına Biologiya, Coğrafiya, Fizika, Kimya, Tarix və Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Kompüter elmləri, Psixologiya ixtisasları üzrə tələbə qəbulu aparılacağını söyləyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin də qatıldığı görüşdə BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova iştirak edib.

AIA.Az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024