Mobil versiya
Generaldan Putinlə bağlı XƏBƏRDARLIQ – Rusiya bu ölkələrə girə bilər
Tarix: 12-05-2018 | Saat: 11:14
Bölmə:Manşet / Dünya | çapa göndər

Generaldan Putinlə bağlı XƏBƏRDARLIQ – Rusiya bu ölkələrə girə bilər


“NATO ölkələri yalnız gücdən anlayan Rusiyaya qarşı birlik nümayiş etdirməlidir”.



Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı general-leytenant Ben Hoces bəyan edib.



“Rusiya böyük tarixə və insanlara sahib ölkədir, lakin onlar ancaq gücdən anlayırlar. Əgər bizim ittifaq Rusiyaya qarşı birlik və qətiyyət nümayiş etdirməsə biz yalnız onu təcavüzə təşviq edəcəyik” – Hoces “TVN24” kanalına müsahibəsində bildirib.



Onun sözlərinə görə Moskvanın məqsədi Avropa İttifaqının və NATO-nun prinsiplərini sarsıtmaqdır. Hoces bunu hibrid müharibə ilə əlaqələndirib. Yəni Rusiya eyni zamanda dezinformasiya, nüvə təhlükəsi və kiberhücum tətbiq edir.



O həmiçinin Rusiyanın öz vətəndaşlarını qorumaq bəhanəsi ilə digər, əsasən də Baltikyanı ölkələrə soxula biləcəyini də vurğulayıb.



Hoces bu cür ssenarilərin təkrarlanmaması üçün NATO-nun öz imkanlarını, yəni müdaxilə sürətini artırmaqda davam etməli olduğunu da qeyd edib. Generalın sözlərinə görə Alyans Rusiyaya çevik reaksiya göstərəcəyini sübut etməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə