Mobil versiya
Səhiyyə Nazirliyinin bu səlahiyyətləri əlindən alındı
Tarix: 11-05-2018 | Saat: 18:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyinin bu səlahiyyətləri əlindən alındı



Bu il iyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək.

Modern.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Səhiyyə Nazirliyi iyulun 1-dən təhlükəli yeyinti məhsullarının və qida məhsullarının idxalından sanitariya mühafizəsini təmin etmək vəzifəsindən də məhrum olacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024