Mobil versiya
Beynəlxalq Bankda kadr DƏYİŞİKLİYİ- Sahil Babayev vəzifədən getdi
Tarix: 11-05-2018 | Saat: 17:04
Bölmə:Gündəm | çapa göndər

Beynəlxalq Bankda kadr DƏYİŞİKLİYİ- Sahil Babayev vəzifədən getdi


Mayın 11-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.



ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.



Azərbaycan Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.



Eyni gündə Bankın Müşahidə Şurasının da növbəti iclası olub. İclasda əvvəlcə Azərbaycan Beynəlxalq Bankının 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib. Sonra Müşahidə Şurasının səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024